Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərsu”dan Yeni Yasamaldakı su xəttindəki qəza ilə bağlı açıqlama

76 Baxış

“Azərsu” Yeni Yasamal yaşayış massivində magistral su xəttində baş baş verən qəza ilə bağlı açıqlama yayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, qəzanın nəticələrini aradan qaldırmaq üçün təirəsalınmaz tədbirlər həyata keçirilir.

“+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində bu gün səhər saatlarında qəza baş verib. Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub”, – o qeyd edib.

Anar Cəbrayıllı əlavə edib ki, magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbael rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678