Qəhrəman şəhid Kənan Nəsibovun son sözləri: “Heç kimin balasından artıq deyiləm, ən qabaqda gedəcəyəm”

10 Baxış

“Mən heç kimin balasından artıq deyiləm, ən qabaqda gedəcəyəm”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri sentyabr döyüşlərində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçi Kənan Nəsibov komandirlərinə deyib.

Kənan bir müddətdir öz istəyi ilə xidmət yerini dəyişib Tovuzdan Kəlbəcər istiqamətinə getmişdi.

Kənan ordumuzun snayperi kimi düşmənə qan udduraraq, düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Döyüş zamanı ermənilərin son postunu məhv etdikdən sonra şəhid olub.