Şəhid Yaşar Muradovun adını daşıyan məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirildi.

314 Baxış

Turanmedia.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində olan Mingəçevir 11 N-li tam orta məktəbdə Zəfər gününə həsr edilmiş tədbir keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçüləri olmuş məktəbin məzumları,qazilər, məktəbin pedaqoji heyət üzvləri, və şagirdlər iştirak ediblər.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında dövlət bayrağı meydana gətirilib. Tədbirdə məktəbin direktor səlahiyyətlərini mücəqqəti icra edən Sevda Şükürova çıxış edərək müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən bəhs edib və qarşıdan gələn növbəti Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Tarixi Zəfərin əldə edilməsində mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu bildirən Sevda Şükürova ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan direktor əvəzi şəhər 11 N-li tam orta məktəbdə keçirilən tədbirin önəmindən danışıb və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.Qeyd edib ki,44 günlük Vətən müharibəsində məktəbin 2 qardaş məzunu Əli və İslam da döyüşlərdə qəhrəmanlıq göstərərək şəhdlik zirvəsinə ucalıblar.
Daha sonra tədbirdə iştirak edən qonaqlarda çıxış edərək əzəli torpaqlarımızın uzun müddət erməni vandalizminə məruz qaldığını bildiriblər və bu gün möhtərəm Prezidentimizin müvafiq tapşırıqları əsasında doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildiriblər. Onlar məktəblərdə vətənpərvərlik tərbiyəsinin önəmini diqqətə çatdırıblar və şagirdlərə vətənə,millətə xeyirli övladlar olmalarını arzulayıblar.
Tarixi Zəfərə həsr olunan tədbir məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii hissə ilə davam edib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.
Qeyd edək ki, gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən məktəb Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin yeniyetmə gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Sonda müharibə iştirakçılarına və qazilərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Esmira Hidayətova,Mingəçevir