Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran səfirliyinin maşını ilə gətirilən köynəklərdəki rəqəm nə deməkdir?

116 Baxış

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarından ibarət yaratdığı dəstəyə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilən və İrandan gizli şəkildə ölkəmizə gətirildiyi üzə çıxan geyimlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, üzərində dini şüarlar yazılmış və İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla ölkəmizə keçirilən köynəklərdəki rəqəm diqqət çəkib. Belə ki, üzərində “313” rəqəmi yazılmış köynəklərin Azərbaycanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması nəzərdə tutulubmuş.

Bəs köynəklərin üzərində İran xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə yazılmış “313” rəqəmi hansı mənanı ifadə edir?

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678