“Tərtər işi” ilə bağlı 11 nəfərin məhkumluğu LƏĞV EDİLDİ

15 Baxış

Gəncə Apellyasiya Məhkəməsində “Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya şikayətinə baxılıb.

Turanmedia.az Unikal.org-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarı ilə, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Vəkillərin təqsirləndirilən şəxslərin ev dustalığına buraxılması barədə vəsatətləri təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.