Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə rayonunda “Zəfər günü” qeyd olunub

368 Baxış

Turanmedia.az xəbər verir ki, tədbir Ümummilli liderimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanıb.
İctimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, mədəniyyət işçilərinin iştirak etdiyi mərasimdə Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgərinin gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilə haqq-ədalət bərpa edildi, xalqımızın otuz ilə yaxın həsrətinə son qoyuldu.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən Vətən müharibəsində iştirak etmiş bir neçə hərbi qulluqçuya medallar təqdim olunub.
Tədbirin bədii hissəsində Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi tərəfindən milli, vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678