Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda şəhid baş leytenant anılıb

140 Baxış

Cəlilabadda şəhid baş leytenant anılıb

 

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan baş leytenant Asif Kərimovun anım günüdür.

 

Qəhrəman baş leytenantın anım günündə Cəlilabad rayon rəsmiləri, içtimaiyyət nümayəndələri və qonşu rayonlardan gələn qonaqlar iştirak edib. Şəhidimizin anım mərasimində məzarı önünə toplaşan silahdaşları onun döyüşlərdə göstərdiyi hünər və rəşadətindən ürək dolusu danışıblar.

 

Qeyd edək ki, Kərimov Asif Məmməd oğlu 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsilini davam etdirib.

 

O, 44 günlük Vətən müharibəsində başlayanda döyüşlərə könüllü qatılan igidlər dən olub.

Şəhidin qardaşı Fəttah Kərimov bildirib ki, Asifdə həmişə birinciliyə can atmaq eşqi var idi. Komandiri Polad Həşimov şəhidlik zirvəsinə yüksəldikdən sonra çox narahat idi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, döyüşlərə qoşulacağam. Qarabağı azad görmək onun ən böyük arzusu idi.

İgid döyüşçü noyabr ayında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

 

Qarabağı azad görmək istəyən şəhid Asif Kərimov arzusuna qovuşdu. İndi onun ruhu şaddır…

O, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhid A.Kərimov ailəli idi, Vətənə əmanət 1 qızı və 1 oğlu var.

Allah bütün şəhidləri rəhmət eləsin!

Surxay Şahbazov


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678