Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ Azərbaycandır!

216 Baxış

Turanmedia.az xəbər verir ki, 8 Noyabr – Zəfər günü münasibəti ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir 19 saylı tam orta məktəbdə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Himni səsləndirildikdən sonra üç rəngli bayrağımız meydana gətirilib. Tədbirdə çıxış edən məktəbin direktor səlahiyyətlərini icra edən Ülviyyə Fətəliyeva xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıb . O, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Direktor tədbirdə iştirak edən qonaqları tədbir iştirakçılarına təqdim edib və bu tədbirdə iştirak etdikləri üçün təşəkkürünü çatdırıb. Əvvəlcə Mingəçevir Hərbi Səfərbərlik şöbəsinin əməkdaşı zabit kapitan İlham Zeynalov,44 günlük Vətən müharibəsinin qazisi Pərviz Məmmədov, Famil Məmmədov ,məktəbin şəhid məzunlarının ailə üzvüləri,Mingəçevir təhsil sektorunun əməkdaşı Gündüz Abbasov çıxış edərək bu tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər,qazilərə can sağlığı arzulayıblar. Qeyd olunub ki,məktəbin 3 şəhid məzunu olub. Şəhid məzunların keçdiyi igidlik məktəbindən ,xatirələrindən də söz açılıb. Şagirdlər Vətən mövzusunda şeirlər,mahnılar səsləndiriblər.

Tədbirdə “Torpağın səsi”, “Od nəfəsli, “Xudayar” təsnifləri səsləndirilib, “Bayram” rəqsi ifa olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678