Onlar dövlət qulluğu imtahanından azad olunsun!

18 Baxış

Milli Məclisin deputatı Elşən Musayev şəhid ailəsi üzvlərinin dövlət qulluğu imtahanından azad olunmasını təklif edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, deputat iş məsələsi ilə bağlı həmin şəxslər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin işə qəbulu üçün müəyyən kvota ayrılmalıdır:

“Hesab edirəm ki, onlar həyatlarında bundan sonra heç bir imtahan verməməlidirlər. Çünki onların əvəzinə ən böyük imtahanı ailə üzvləri veriblər”.