Bakıda “Azəriqaz” İB-dən oğurluq olub

7 Baxış

Bakıda “Azəriqaz” İB-dən oğurluq olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.