Aparıcı Bakının ən bahalı yerində yarım milyonluq mülk aldı

16 Baxış

Nazilə Səfərli özünə şəhərin ən bahalı yerlərindən hesab edilən Səbail rayonu ərazisində özünə yeni mənzil alıb.

Turanmedia.az qaynarinfo xəbər verir ki, qiraətçi-aparıcı xanım bu barədə “Zaurla Günaydın” verlişində məlumat verib. O, hazırda yeni mənzilində təmir işləri getdiyini bildirib.

Nazilə belə bir bahalı yerdən mənzil almaq üçün qazancının kifayət etdiyini bu sözlərlə bildirib:

“Oradan ev alanlar məndən artıqdır? Bir kasa xına “5 ulduzlu otel”ə çıxa bilirsə, ora gələn aparıcı da oradan ev ala bilir. Nə var burada?”.

Qeyd edək ki, görüntülərdən də göründüyü kimi, Nazilə yeni açılan “Çəmbərəkənd” parkı ilə üzbəüzdə yerləşən çoxmərtəbəli yaşayın binasında özünə mənzil alıb. Daşınmaz əmlak qiymətlərindəki bahalaşmalar və bu ərazidəki mənzillərin paytaxtın digər yerləri ilə müqayisədə ən bahalı mənzillər sırasında yer aldığını nəzərə alsaq, Nazilənin yeni mənzilinin təxminən yarım milyon civarında olduğu ehtimalları çox yüksəkdir.