Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan”

170 Baxış

“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan”

Turanmedia.az xəbər verir ki, “8 Noyabr Zəfər günü”müz Biləsuvar Təhsil Kompleksində qeyd olunub. Azərbaycanın qəhrəmanlıq tarixinə şəhidlərimizin qızıl qanı ilə yazılmış 8 Noyabr tarixi artıq iki ildir ki, ölkəmizdə Zəfər günü kimi böyük sevgi və möhtəşəmliklə qeyd edilir. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Təhsil Kompleksində də bu münasibətlə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputat köməkçisi Əfsun Əlizadə, şəhid ailələri, qazilər, liseyin pedaqoji kollektivi və şagirdləri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” adlı ədəbi -bədii, musiqili tədbirdə İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kompleksin icraçı direktoru Aqşin Bağırov, Vətən müharibəsi iştirakçısı Kompleksin Azərbaycan dili müəllimi Elçin Səfərov çıxış edərək, 44 günlük haqq savaşında hünəri, qorxmazlığı ilə düşmənə qan udduran, rəşadəti ilə hünər meydanında dastan yazan şəhid oğullarımızdan ürək dolusu danışaraq ruhlarına dualar oxudular. Şanlı Zəfər qələbəmizin gələcək nəsillərə zaman zaman tariximizin ən parlaq səhifəsi kimi daha yaxından öyrədiləcəyini əminliklə vurğuladılar.

Bədii hissə ilə davam etdirilən bayram tədbirində lisey şagirdlərinin hazırladıqları “Dastan yazanlar” adlı tamaşa nümayiş etdirilib.

Ülvi Həzizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678