AHİK şəhid və qazi ailələrinə Zəfər günü münasibətilə bayram hədiyyələri göndərib

32 Baxış

Turanmedia.az xəbər verir ki, Zəfər günü münasibəti ilə AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib.

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.

Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.

Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb və ərzaq yardımları bu kateqoriyadan olan insanlara çatdırılıb.Mingəçevirdən olan şəhid ailələri,qazilər,müharibə iştirakçıları,aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə, AHİK-in sədri Səttar Möhbalıyeva öz dərin təşəkkürlərini çatdırıblar.

Esmira Hidayətova,Mingəçevir