Türkiyə Azərbaycan qardaşlıq mükafatları 5-ci dəfə sahiblərini tapır

63 Baxış

Turanmedia.az xəbər verir ki, 5-ci Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları gecəsi noyabrın 23-də axşam keçiriləcək Qarabağ Zəfəri şənliyi ilə öz dəyərlilərini tapacaqlar. Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubu və BHS Group tərəfindən təşkil edilən bu mənalı gecədə Türkiyənin və Azərbaycanın ən önəmli iş adamları, siyasət və tanınmış simaları mükafata layiq görüləcəklər. 2 Dövlət, 1 Millət şüuru ilə hər il ənənəvi olaraq təşkil edilən Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları gecəsində əvvəlki mükafat mərasimlərində; Koray AVCI, Kerem ALIŞIK, Zara, Ferhat GÖÇER, Ebru YAŞAR, Tolgahan SAYIŞMAN kimi məşhur adlar mükafata layiq görülüb. Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları gecəsinin təşkilatçıları Atakan TAŞUR və Koray BOZAT; “Bizim üçün önəmli olan bu xüsusi gecədə qardaşlığımızı vurğulayaraq həm Qarabağ zəfərini qeyd edəcəyik, həm də bölünməz bütövlüyümüzü bütün dünyaya göstərəcəyik.”