Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan pilotları “King of Drift”də qaliblər kürsüsündə yer aldı

70 Baxış

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “King of Drift” yarışında Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə təmsil olunan pilotlarımız 3 yer əldə ediblər.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, yarışın ötən gün keçirilən 5-ci final mərhələsinə isə Azərbaycan və Gürcüstan pilotları çıxıb.

Azərbaycan pilotları 2, 3 və 4-cü yerləri əldə edərək yarışmanı tamamlayıblar. Beləliklə, yarışın ilk 3-lüyü:

1-ci yer – Mevlud Meladze

2-ci yer – Niyaz Bədiyev

3-cü yer – Fərid Quliyev

Qeyd edək ki, 5 mərhələdən ibarət yarışda Azərbaycan, Gürcüstan və Ermənistandan ümumilikdə 47 pilot yarışıb.

Azərbaycan Avtomobil Federasiyası müxtəlif növ avtomobil yarışları təşkil etməklə yanaşı, eyni zamanda peşəkar pilotlara təlimlərin təşkili və təbliğinə, həmçinin onların beynəlxalq yarışlara iştirakına dəstək verir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678