Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəlbəcərdə yük maşını aşdı, sürücü öldü

87 Baxış

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə noyabrın 14-də rayonun Yanşaq kəndində baş verib. Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678