Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güneyli qardaşlara müraciət: “Qələbə bizim olacaq”

80 Baxış

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov güneyli qardaşlara müraciətində bildirib ki, “Qələbə bizim olacaq”.

Bununla yanaşı, İran vətəndaşı olan cənubi azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ünvanlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycanın İrandakı səfiri farsların xarici işlər nazirliyinə, İranın Azərbaycandakı səfiri isə bizim XİN-ə çağırılıb.

İslama xəyanət və şeytana sədaqət

İran İslam Respublikasının Azərbaycana qarşı hər zaman aqressiv mövqedə olması heç kimə sirr deyil. Əfsus ki, onların dini-ideoloji silahları tam zərərsizləşdirilməyib və cənnətin şiəlik bileti ilə aldada bildikləri azərbaycanlılar da var. Fars ideologiyasına xidmət edən cahillər molla rejiminin iç üzünün erməniçilik olduğunu gördükcə düz yola gəlirlər. Sayları cüziləşib. Lakin “milçəyin mahiyyəti olmasa da, ürək bulandırır”. İranın siyasi ürək bulandırmaları arasında ən iyrənci Zəngəzur dəhlizinə qarşı çıxıb, Qafanda konsulluq açıb, məsciddə donuz saxlayan Ermənistanı özünün “qırmızı xətti” adlandırmasıdır. İranın sözügedən bəyanatı Receb İvedik filmində “sen ben mahremime nasıl giriyorsun” epizodu qədər gülüncdür. Onlar ermənilərə göstərdiyi namus hifzi ilə islama xəyanət, iblisə sədaqət etmiş oldular.

Fars, yaxud falş

Fars və falş sözləri sinonimləşib. Çünki hər ikisi saxtakarlıqla doludur. Daxili iğtişaşlara bürünmüş İranın Azərbaycanın üstünə xoruzlanması dimdiyinin əzilməsi ilə nəticələnməli idi. Haşiyəyə çıxaraq qeyd edim ki, farsların himayədarı olan fransızların da dövlət rəmzi xoruzdur. Ona görə də xoruzlardan biri Eyfeldən erməniyə dəstək banlayır, digəri isə Tehranda heyratılıq eləmək istəyir. Prezidentin Səmərqənddəki son çıxışı isə onların hininə vəlvələ salıb. Elin Süleymanov demişkən:

“Bayrağımız Şuşada dalğalanır. Güneyli qardaşlarımıza deyirəm, bu, zəfərlərin yalnız və yalnız başlanğıcıdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678