Bakıda 2 avtobusun hərəkət sxemi dəyişdirildi

7 Baxış

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.Az”a BNA-dan xəbər verilib.

Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.