Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşada Mərkəzi Xəstəxana tikiləcək

73 Baxış

Səhiyyə Nazirliyi açıq tender elan edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, tender Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisinin (birinci mərhələ) satın alınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifini 14 dekabr 2022-ci il saat 10.00-a qədər tender komissiyasına (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, telefon- 493-03-18) təqdim etməlidirlər. Satınalma proseduru yuxarıda qeyd olunan ünvanda 15 dekabr 2022-ci il saat 10.00-da keçiriləcək.

Tenderdə iştirak haqqı 3000 manatdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678