Azyaşlı bacılar öldü, araşdırma başladı

9 Baxış

Sumqayıt Şəhər Prokurorluğunda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıların qida zəhərlənməsindən ölməsi ehtimal edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır.

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – AQTA-dan bildirilib.

Xatırladaq ki, 2018-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızlar valideynləri tərəfindən bu gün Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Daha sonra onların öldüyü məlum olub