Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BAKIDAKI KÖHNƏ MƏHƏLLƏLƏRİN SÖKÜLMƏSİ VƏ YERİNDƏ MÜASİR YAŞAYIŞ MƏSKƏNLƏRİNİN SALINMASI DOĞRU ADDIMDIR

173 Baxış

BAKIDAKI KÖHNƏ MƏHƏLLƏLƏRİN SÖKÜLMƏSİ VƏ YERİNDƏ MÜASİR YAŞAYIŞ MƏSKƏNLƏRİNİN SALINMASI DOĞRU ADDIMDIR

 

BAKININ ÜRƏYİNDƏ DÖRD YARA: “YASAMAL”, “PAPANİN”, “SOVETSKİ”, “KUBİNKA”

 

Bakı tarixi, mədəni və ecazkarlığı ilə seçilən çox gözəl bir şəhərdir. Həm də ki, görkəmli bir paytaxtdır.

 

Təbii ki, hər görkəmli bir insanın, vilayətin və yaxud əşyanın üzərində, üstündə və ya içərisində kiçik də olsa belə, bir eybi, ona yaraşmayan nə isə olur.

 

Bakı Azərbaycanımızın ürəyidir. Ancaq nə yazıq ki, Bakıda elə köhnə məhəllələr vardır ki, deyərdim, bunlar Bakı kimi bir döyünən ürəyin içərisində yara kimidirlər. Yaranın üstünü nə qədər təmizləsən də belə, yenə də həm ürək bulandıracaq və həm də ki, ondan pis iy gələcək. Odur ki, gərək, həmin yaranı birdəfəlik qopardıb atasan ki, yaralı da yaradan həm xilas və həm də rahat olsun.

 

Bakımızda öz məşhurluğu ilə seçilən “Yasamal”, “Papanin”, “Sovetski” və “Kubinka” kimi dörd böyük məhəllə var. Bu məhəllələr daha əvvəllər öz dəyərli ağsaqqalları, alimləri, ziyalıları, müdrik insanları, zəngin alış-veriş bazarları ilə seçilərdi. Amma çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin məhəllələr indi avaraların, narkomanların, başıpozuqların ünvanına çevrilib.

 

Əlbəttə ki, əstəğfürullah! Mən bunu orada yaşayanların hamısına aid etmirəm və adını qeyd etdiyim bu dörd məhəllədə ayrı-ayrılıqda 5-10% normal, özünə hörmət edən, ziyalı ailələr də vardır. Lakin yerdə qalanları isə “Balaxanı zibilliyi”-yinə atmaqdan başqa yol yoxdur. Çünki, onlar “İnsan” deyillər, vəssalam!

 

Onlar narkomanların sayını artırırlar və camaat onlara görə olduqca bədbəxt olmuşdur! Bədbəxt olmağa da davam edir. Biz bunları hər gün televiziyadan, xəbər kanallarından eşidirik. Buna baxmayaraq, dövlətimizin uzaqgörənliyi və polislərimizin zirəkliyi, peşəkarlığı sayəsində həm narkotik maddələrin satışını həyata keçirənlər və həm də ki, narkotikdən istifadə edən cahillər elə yerlərindəcə həbs olunurlar. Bu uğurlu və tədbirli əməliyyatlar nəticəsində bir çox gənc belə murdarların eybəcər əməllərindən və şərindən uzaq olmuş olurlar.

 

Bunlar öz yerində…… Mətləbdən çox kənara çıxmaq istəmirəm. Söküntü işləri atılmış ən gözəl addımdır. İlk olaraq həm həmin məhəllələr olduqca çox köhnə, sınıq şüşələri, yanmış divarları, qaralmış qapıları, damları uçmuş evləri əhatə edir və həm də ki, cəmiyyətimizə heç bir xeyiri, aidiyyatı, səmərəsi olmayan insanları özündə yaşadır. Bu dörd məhəllənin sökülməsi, yerində gözoxşayan, ürəkaçan binaların inşa edilməsi, rahat yaşayış məskənlərinin salınması çox gözəl bir addımdır. Allaha çox şükürlər olsun ki, bu məhəllələrin bir qismi sökülür.

 

Belə etmək olar ki, orada yaşayan sakinlərin içərisindəki yararsızlar Bakının ən ucqar yerlərinə köçürülsünlər. Amma yararlı, elmli, cəmiyyətə və ölkəyə xeyiri olan, insanlığa örnək ola biləcək ailələri isə yenidən həmin köhnə məhəllələrin yerində salınacaq təzə binalara köçürsünlər. Məncə, elə bu da öz növbəsində atılmış ağıllı bir addım kimi dəyərləndirilə bilər.

 

AZƏRBAYCAN OĞLU


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678