Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu: “Ayaqlarımın kəsildiyini görəndə, dedim, kaş…” – VİDEOREPORTAJ

147 Baxış

Polad Rzayev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Tofiq Oğuzun oğludur. Atası kimi mərd, vətənpərvər biridir qəhrəmanımız.

O, Aprel döyüşlərinin iştirakçısı olub. 2013-cü ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində iştirak edib. Polad Rzayev Şuşaya bayraq sancmaq, atasının ruhunu şad etmək üçün əlindən gələn qədər çalışıb. Son döyüşlərdə ermənilərə amansız zərbələr vurub, nəticədə, Cəbrayıla bayraq sancanlardan biri kimi tarixə düşüb.

Təəssüflər olsun ki, Polad Rzayev niyyətinə çatmağa az qalmış minaya düşüb, hər iki ayağını itirib. Lakin bütün bunlara baxmayaraq, qürurludur. Onun vətənə qarşı bu sevgisi tükənməzdir, vətənə xidmət üçün yaşadığını söyləyir.

Daha ətraflı Baku TV-nin xüsusi buraxılışında:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678