İsmayıllıda avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş

8 Baxış

İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Turanmedia.az APA-ya istinadən xəbər verir ki, Sürücü Arif Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.

Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.