Lənkəranda gənc şair Əyyub Türkayla məktəblilərin görüşü keçirilib

35 Baxış

Lənkəranda gənc şair Əyyub Türkayla məktəblilərin görüşü keçirilib.

Turanmedia.az xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin və AYB-nin Lənkəran Bölməsinin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Uşaq şöbəsinə”də gənc şair Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi. Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən danışıb, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.