Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvar Təhsil Kompleksinin şagirdləri “Zəfər” düşərgəsindən xoş təəssüratlarla ayrılıb

123 Baxış

Biləsuvar Təhsil Kompleksinin şagirdləri “Zəfər” düşərgəsindən xoş təəssüratlarla ayrılıb.

Turanmedia.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilatçılığı ilə Şüvəlanda yerləşən “Cırtdan” istirahət və sağlamlıq mərkəzində təşkil edilən üç günlük “Zəfər” düşərgəsi lisey şagirdlərinə unudulmaz anlar yaşadıb. Uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan düşərgədə Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, müharibə iştirakçısı Loğman Məmmədov və təlimçilər Rüstəm İbrahimov, Rüstəm Əliyev, Polad Rufullazadə tərəfindən sıra hazırlığı, taktiki atış bacarıqları, dağçılıq ləvazimatları ilə tanışlıq, ilk tibbi yardım mövzusunda təlimlər keçirilib.

Düşərgədə “Əsas Həyat Bacarıqları” təlimçisi Aydan Ağayeva tərəfindən isə “Məqsədlərin müəyyənləşdiriliməsi” mövzusunda təlim təşkil edilib. Sonda şagirdlərə sertifikatlar təqdim olunub.

Üç gün müddətində müxtəlif oyunlar, yarışlar və təlimlərə qatılan şagirdlər xüsusi geyimlərlə təmin olunublar. Maraqlı, yaddaqalan anlarla davam edən düşərgədən şagirdlər xoş təəssüratlarla ayrılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678