“QIZIL GÜLƏ BATASAN” QISAMETRAJLI FİLMİN TƏQDİMATI OLDU – FOTOLAR

130 Baxış

İmişli şəhər 7 saylı tam orta məktəbində ümumtəhsil məktəblərinin müəllim-şagird kollektivlərinin iştirakı ilə narkomaniyaya qarşı maariflənmə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qaydış” İçtimai Birliyinin layihəsi olan “Qızıl gülə batasan” qısametrajlı bədii filminin təqdimatı olub.

Turanmedia.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar filmdə narkotik aludəçisi olan gənc ananın keçirdiyi istirabları və xeyirxah insanların köməyi ilə onun düşdüyü bəladan azad olmasını izləyiblər.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, polis şöbəsinin və mərkəzi xəstəxanasının məsul işçiləri iştirak edib, film barədə öz fikirlərini söyləyiblər.

Sonda Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil sektorunun müdiri Vahid Tağıyev filmin yaradıcı qrupuna təşəkkür edib.

Layihə rəhbəri Hasil Tağıyev, ssenari müəllifi Xaqani Əliyev və rejissor Namıq Ağayev tədbir iştirakşıları ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Yasin Səxavətli.

mədəniyyət işçisi