Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür

44 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür.

Təbriz Cüməzadənin torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il ötür. İki il öncə-bu gün, 26 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb.Ailədə iki qardaş olublar.Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub. Təbriz orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə, Mingəçevirinə dönüb.Bir müddət işsiz qalıb.2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə, cəbhə, döyüş bölgəsinə göndərilib. Döyüş yolu isə uzun, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində olub. Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına həlak-Şəhid olub.

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təbriz Cüməzadənin atasını illər öncə itirmiş xalası oğlu, ailənin iki övladından biri, subay, ali təhsilli Oğuz rayonundan olan Orxan Rəhimli də onunla eyni gündə Şuşa istiqamətində döyüşlərdə Şəhid olub.

Onun nəşi isə 8 gün sonra Oğuzun Xaçmaz kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Təbriz Cüməzadə 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Təbriz də subay olub.

 

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Təbrizin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Həmçinin, ailəsinə başsağlığı verilib, səbr arzulanıb.

Sonra Əbədiyyətə uğurlanmasının ikinci ili ilə bağlı Anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar olunub.

Ziyafət və Anım mərasimində Şəhidin ailə üzvləri, Mingəçevir, Oğuz və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, millət vəkili Aydın Mirzəzadə, YAP Mingəçevir Şəhər təşkilatın sədr müavini Mustafayev Bəxtiyar, Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi,ehtiyatda olan polkovnik Seymur Hidayətov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Mingəçevir şəhər şöbəsinin sədr müavini, müharibə əlili ehtiyatda olan Mayor Məmmədov iştirak etmişlər.

Esmira Hidayətova,Mingəçevir