Mingəçevir liseyləri STEAM festivalına iştirak hüququ qazanıb
5-9 dekabr 2022 ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək SAF 2022 Beynəlxalq Azərbaycan STEAM festivalında iştirak hüququ qazanan Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Texniki-Humanitar LİSEY və Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseylər qatılacaq.
Turanmedia.az xəbər verir ki, liseyin direktoru Nailə Məmmədova deyir ki,ümumilikdə 1322 iştirakçının qatılacağı festival 11 kateqoriya üzrə keçiriləcək.Festivala qatılanlar sırasında 7 xarici ölkədən 127 əcnəbi iştirakçı da var.Festivalda Türkiyə,Böyük Britaniya,İsveç,Estoniya,Özbəkistan,
Qazaxıstan,Türkmənistan təmsilçiləri iştirak edəcəklər. İnaırıq ki,bu yarışda da liseylərimiz uğur qazanacaq və qələbə ilə geri dönəcəklər.
Esmira Hidayətova,Mingəçevir.