Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbovun yüksək vəzifədə olan qohumları – SİYAHI

76 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbovun yüksək vəzifədə olan qohumları ilə bağlı məlumat yayılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Həbib Müntəzir paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Vasif Talıbova niyə “Naxçıvan xanı” deyirlər? Oxuyun, xanlığın şəcərəsi:

– Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi – Məhərrəm Talıbov – Vasifin qardaşı

– Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi – Rza Vasif oğlu Talıbov – Vasifin böyük oğlu

– Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru – Seymur Vasif oğlu Talıbov – Vasifin kiçik oğlu

– “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü – Baharxanım Vasif qızı Talıbova – Vasifin qızı

– Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu – Vasifin kürəkəni

– Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı – Ədalət İbrahim oğlu Salmanov – Vasifin qudası

– Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov – Qudasının qardaşı

– Naxçıvanın Daxili İşlər Naziri olmuş – general-leytenant Fazil Nəriman oğlu Ələkbərov – Vasifin qudası olub

– Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı – Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu – Vasifin digər qudası

– Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini – Fəxrəddin Aslanov – Vasif Talıbovun bacısının əri

– Naxçıvan Gömrük Komitəsinin sədr müavini – Səbuhi Məhərrəm oğlu Novruzov – Vasifin bacısının əri, yəni yeznəsi

– DSMF-in Abşeron rayon şöbəsinin müdiri – Məhərrəm Novruzov – Yeznəsinin qardaşı

– Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri – Sənufər Soltanova – Vasifin qaynanası”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678