Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güclü yağış Xaçmazda fəsadlar törədib – VİDEO

143 Baxış

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb. 

Baku TV xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.

Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub. 

Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış  keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.

B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678