Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndi yolunda aksiya: “Mülki ermənilərin maşınlarına şərait yaratmağa hazırıq”

66 Baxış

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.

Turanmedia.az xəbər verir ki, “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası şüarlar və çağırışlarla davam edir.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını çağırışlarında bəyan edirlər. Ekofəallar bir neçə gündür bu məqsədlə yardım təklif etdiklərini vurğulayırlar. Onlar əlaqə nömrələrini internet vasitəsilə yaysalar da, ancaq müraciət edən olmayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678