Səhərlər oyanmaqda çətinlik, daim aqressiv və depressiv əhval-ruhiyyə bu sindromun göstəricisidir

12 Baxış

“Heç cür bitməyən yorğunluğunuz varsa, gecə tez yatmağınıza rəğmən səhər oyanmaqda çətinlik çəkirsinizsə, daima aqressiv və depressiv əhval-ruhiyyədəsinizsə, enerjinizdə azalma hiss edirsinizsə deməli Xroniki Yorğunluq Sindromu yaşayırsınız”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri klinik psixoloq fuad Əsədov deyib. O, bildirib ki, bu sindrom immun sisteminin aktiv işləməsi ilə də bağlı ola bilər:

“London King’s College” Universitetinin araşdırmasına görə, immun sistemi çox aktiv olan insanlar xroniki yorğunluq sindromu ya da miyaljik ensafalomyelitə (ME) mübtəla olma ehtimalını artırır. İmmun sistemi bizim kənardan bədənimizə daxil olub, xəstəlik yarada biləcək hər şeylə mübarizə aparmağa ixtisaslaşmış müdafiə sistemidir. Bədənimizə mikrob ya da yad cisim düşdükdə immun sistemimizin bir parçası olan antitellər və leykosit hüceyrələri ona yaxınlaşaraq həmin mikrobu udub məhv edirlər. Lakin, bu sistemin çox aktiv işləməsinin də pis tərəfləri var.

Əgər, bir səbəb olmadan immun sistemi həyəcan siqnalı çalsa və müdafiə mexanizmləri işə düşsə antiimmun xəstəliklər dediyimiz hallar yaranacaq. Məsələn, allergiya. Eyni zamanda son zamanlarda aparılan araşdırmalar immun sisteminin aktivliyinin xroniki yorğunluq sindromuna səbəb olduğu sübut olunub”.

Mütəxəssis sözügedən sindromla bağlı aparılmış araşdırmanın nəticələrini də bölüşüb:
“Psixoendrekrenologiya dərgisində yayımlanan araşdırmada ingiltərəli elm adamları Hepatit C infeksiyası olan 55 xəstəni incələyib.

Bu xəstələrə 12 ay boyunca intergeron alfa proteini verilib. Bu, insan vücudunun təbii olaraq ifraz etdiyi və immun sisteminin aktivliyini artıran bir maddədir. Bu maddə Hepatit C müalicəsində işə yarasa da, xəstələrə özlərini yorğun hiss etdirir. Müalicə müddəti bitdikdən 6 ay sonra da xəstələr müalicədən əvvələ nisbətən özlərini daha yorğun hiss etdiklərini deyirdilər.

Tədqiqat qrupunun lideri Dr. Alis Russellin dediyinə görə, Xroniki Yorğunluq Sindromu yaşayan insanların immun sistemi həddən artıq aktiv olur. Bu sindrom özü ilə birgə yuxusuzluq, əzələ və oynaq ağrılarını da yanında gətirir. Hazırda bu sindromun müalicəsini tapmaqla bağlı araşdırmalar aparılır”,- deyə o əlavə edib.