Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yolun ilin sonuna kimi açılması ehtimalı ÇOX AZDIR” – Erməni deputat

60 Baxış

“Yolun ilin sonuna kimi açılacağı ehtimalı var, lakin bu ehtimal da çox azdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu dekabrın 21-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində deputatı Arman Yeqoyan deyib.

“Siz Rusiya Federasiyasının nümayəndəsinin çıxışını eşitdiniz, mənim çıxışımı da eşitdiniz. Müqayisə edib başa düşə bilərsiniz ki, mən bu çıxışdan razı qaldım, ya yox.

Yollar insanların fiziki iştirakı ilə yox, qüvvələrin siyasi birləşməsi ilə bağlanır və açılır. Yolun açılmasına bir söz, qarşısını kəsməyə isə bir susqunluq yetər. Yəni siyasi qüvvələr balansı dəyişəndə ​​fiziki qüvvələr balansı da dəyişir.

Yolun ilin sonuna kimi açılacağı ehtimalı var, lakin bu ehtimal da çox azdır”, – deyə Yeqoyan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678