Azərbaycanlılar rus sülhməramlılarının maşın karvanını belə GERİ QAYTARDI – VİDEO

9 Baxış

Xankəndi-Laçın yolunda dinc aksiya keçirən vətəndaşlarımız bu gün Rusiyaya məxsus maşın karvanını geri qaytarıb.

Turanmedia.az-ın məlumatına görə, konkret.az xəbər verir ki, bu barədə məlumat erməni mətbuatında yayılıb.

Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan öz Twitter hesabında video paylaşıb. Görünən odur ki, rus sülhməramlısı azərbaycanlılara yaxınlaşaraq maşın karvanının keçməsi üçün Laçın dəhlizinə gedən yolu açmağı istəyib.

Lakin dinc aksiya keçirən vətəndaşlarımız imtina etdikdən sonra sülhməramılı maşın karvanına doğru gedərək, onların geri qayıtmalı oldğunu bildirib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Azərbaycan tərəfdən erməni mətbuatında yer alan bu görüntülərlə bağlı rəsmi açıqlama verilməyib.