Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət qurumu bu rayonlarda həyətyanı torpaqları alacaq

70 Baxış

“Azərsu” ASC istifadəsində olan əsas vəsaitlər və tikinti altına düşən torpaq sahələrinin dəyərləndirəcək və mütəxəssis rəyi alacaq.

Turanmedia.az xəbər verir ki, qurumdan “Ölkə.Az”a verilən məlumata görə, bu ərazilər tikililərin və boru xətlərinin keçdiyi torpaqlardır. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.

Qurumun bununla bağlı elan etdiyi tenderin qalibi “Sorğu Ekspert Mərkəzi” MMC olub və xidmət qarşılığında qalib təşkilata 40,257 min manat ödəniləcək.

Qeyd edək ki, dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678