“Məhz İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan son 200 ildə ilk tarixi qələbəsini yaşadı”- Açıqlama

10 Baxış

“Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti hamıya məlumdur, bəlkə onları sadalamağa da ehtiyac yox idi. Bu, onun vəzifəsindən irəli gələn vicdanlı xidməti olmuşdur. Ancaq, fikrimizcə, möhtərəm Prezidentimizin uğurlu fəaliyyətinin nəticəsinin zirvəsi 200 il ərzindəki tariximizin yeni səhifəsi oldu”.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

O qeyd edib ki, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü ərəfəsində onu təkcə Azərbaycan xalqı deyil, dünya dövlətlərinin liderləri, tanınmış simaları təbrik müraciətləri ünvanlamaqdadır. “Təbrik müraciətləri bir daha cənab Prezidentin dünya səviyyəsində ona olan hörmətin və Lider kimi qəbul edilməsinin göstəricisidir.

Cənab Prezidentə hər zaman xüsusi ehtiram göstərilib. Lakin pandemiya dövründə qlobal səviyyədə göstərdiyi fəaliyyət və 44 günülük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan, dünya azərbaycanlları ilə yanaşı, beynəlxalq aləmdə ən sevimli və böyük nüfuza sahib şəxsinə çevrilib. Bunu hətta bu yaxınlarda Avropanın bir neçə ölkəsinin lideri ilə keçirilən görüşndə də açıq etiraf edib, dilə gətirdilər”- o qeyd edib.

Deputat əlavə edib ki, Müzəffər Ali Baş Komandan xalqımızın qəlbində illərlə qubar salmış Vətən həsrətinə, doğma torpaq ağrısına son qoydu: “O, öz xalqına, ata – baba torpaqlarından qovulmuş, tarixi məskənləri əllərindən alınmış vətəndaşlarına verdiyi sözə əməl etdi: onlara evlərini, doğma yurdlarını qaytardı.

Rəsmi şəxslərin doğum günündən danışanda, bir qayda olaraq, onların fəaliyyət yoluna nəzər salınır. Prezidentimizin fəaliyyət yolu təhsilini bitirdikdən bir müddət sonra bilavasitə doğma Vətəni – Azərbaycanla bağlı olub: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının sədri, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü, 2003-cü il avqustun 4-dən Azərbaycan Respublikasının Baş naziri vəzifələrində çalışmış və hər bir mövqedə ona həvalə edilən işləri layiqincə yerinə yetirmiş, xalqın etimadını həmişə doğrultmuşdur. Bu şərafətli fəaliyyətin nəticəsi olaraq 2003-cü ildə İ.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Bu günə kimi cənab Prezident bütün beynəlxalq və siyasi müstəvilərdə həmişə müdrik siyasət yürütmüş və hər yerdə Azərbaycanın bir nömrəli problemi kimi torpaqlarının geri qaytarılması olduğunu elan etmişdir. İkili siyasətlərin nəticəsi olaraq BMT kimi mötəbər qurumun kağız üzərində qalmış qərarları da məhz İlham Əliyevin birmənalı və açıq siyasəti nəticəsində həyata keçirildi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ancaq bu, bizə vəd edilən sülh yolu ilə deyil, “dəmir yumruq” sayəsində mümkün oldu.

Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti hamıya məlumdur, bəlkə onları sadalamağa da ehtiyac yox idi. Bu, onun vəzifəsindən irəli gələn vicdanlı xidməti olmuşdur. Ancaq, fikrimizcə, möhtərəm Prezidentimizin uğurlu fəaliyyətinin nəticəsinin zirvəsi 200 il ərzindəki tariximizin yeni səhifəsi oldu. Bu illər ərzində torpaqlarımız ancaq itirilir, əlimizdən alınırdı. Ali Baş Komandanımız isə xalqının, igid Vətən övladlarının gücünə arxalanaraq Azərbaycan torpaqlarını geri qaytardı. Bununla da, müasir tariximizin baş qəhrəmanına çevrildi. Minnətdar Azərbaycan xalqı öz qəhrəman övladının, ona başucalığı gətirmiş rəhbərinin adını həmişə uca tutacaq.

Yəqin ki, bu il dekabrın 24-də heç bir rəsmiyyət gözləmədən hər kəs öz ürəyində ÖZ PREZİDENTİNİ təbrik edəcək, ona uzun və sağlıqlı ömür arzulayacaq ki, xalqının başını daha da uca etsin.

Doğum gününüz mübarək, cənab Ali Baş Komandan, cənab Prezident!”.