Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sadır Japarov Azərbaycan Prezidentini təbrik edib

70 Baxış

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştə və xalqa sədaqət nümunəsi olan keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq dərin hörmət qazandırır. Fərəhlə qeyd etməliyəm ki, Sizin strateji baxışlarınız və həyata keçirdiyiniz səmərəli iqtisadi islahatlar Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu və Azərbaycan xalqının rifahını əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində bu il misli görünməmiş səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz enerji arzu edirəm”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678