Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“HISAZ” proqramının özəllikləri ilə bağlı MÜSAHİBƏ – VİDEO

289 Baxış

Xəstəxanalar sağlamlıq sisteminin ən əsas hissəsini təşkil edən qurumdur. Başqa sözlə desək, cəmiyyətdə sağlamlığın qorunması və inkişafı üçün vacib rol oynayan xidmət müəssisəsidir. Elə bu sahədə ölkəyə yeni töhfə verən “Hisaz” XMİS-in fəaliyyət sistemi ilə bağlı direktor Elçin Bağırovun müsahibəsini təqdim edirik:

– “HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi nədir?

– “HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemidir. “HISAZ” XMİS, proqramlaşdırma sahəsində təcrübəli və peşəkar proqramçılar tərəfindən tərtib edilib və istənilən tibb müəssisəsinin ehtiyaclarına uyğun şəkildə formalaşdırılma imkanına sahibdir.

Proqram məlumat bazasının təhlükəsizliyini yüksək səviyyədə təmin edən struktura və modullar sisteminə malikdir, bu da işin təhlükəsiz, keyfiyyətli olması ilə səciyyələnir.

– “HISAZ” XMİS hansı xidmətləri təklif edir?

– Peşəkar və yerli heyətimiz tərəfindən yaradılan “HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi (XMİS) xəstəxana məlumatlarına, Laboratoriya sistemlərinə, Radiologiya Görüntülərinin köçürülməsinə, Maliyyə və Finansın Direktor tərəfindən anında izlənilməsi üçün tam uyğun şəkildə hazırlanmışdır. Sistemimiz hazırda 30-a yaxın modul və 7 xidmət ilə tam funksiyalı xidmət göstərməkdədir.

– “HISAZ” beynəlxalq standartlara cavab verir?

– Azərbaycanda ilk U.S FDA Cleared təsdiqli PACS sistemi ilə xidmət göstərməkdəyik. “HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sistemi, beynəlxalq dərəcəli ISO 9001, ISO 27001, Project Management Professional, Spice kimi sertifikatlara layiq görülüb.

– PACS Sistemi nədir?

– PACS idarəetmə Sistemi, istədiyiniz yerdən, hər hansı əlavə bir proqram quraşdırılmasına ehtiyac olmadan, radioloji görüntülərinizə çox tez və rahat şəkildə baxmaq imkanı verir, istədiyiniz radioloji görüntüləri digər həkimlər ilə paylaşmanızı təmin edir.

Sistemimiz görüntülərə və məlumatlara asanlıqla daxil olmaq üçün üstün inteqrasiya ilə yanaşı ardıcıl və intuitiv interfeys təklif edir. U.S FDA Cleared (Food and Drug Administration) təsdiqli PACS sistemimiz vasitəsi ilə xəstəxana daxilindəki bütün radioloji çəkilişləri istənilən kompüterdən, tək bir ekrandan izləyə bilərsiniz.

– Sistem laboratoriya məlumatlarını idarəetmə üstünlüyünə malikdirmi?

– Laboratoriyalarda müştərilərimizə sürətli nəticələr vermək, analitik məlumatları əldə etmək və analizlərin izlənilməsini təmin etmək üçün LİS (Laboratoriya İnformasiya Sistemi) istifadə olunur.

Müştərilərimiz sistemimizə etibarlı şəkildə daxil olaraq analiz nəticələrini asanlıqla yaza, baxa, analizlərinin mövcud vəziyyəti haqqında məlumatları ala, keçmiş hesabatlarını sorğulaya və məlumat təhlili aparmaq imkanı əldə edirlər.

Tamamilə yerli və təcrübəli mütəxəssislərimiz tərəfindən laboratoriya cihazları ilə inteqrasiya edilən sistemimiz vasitəsi ilə analiz cavablarına onlayn şəkildə baxmaq imkanına əlavə olaraq, analiz nəticələrinin yüksək səviyyədə məxfiliyinin təmin edilməsi ən vacib üstünlüklərimizdən biridir.

– Sizi fərqləndirən üstünlük nədir?

– Digər proqramlardan fərqli olaraq, ölkə hüdudları daxilində fəaliyyət göstərən HISAZ “Müştəri dəstək xidməti” istənilən yaranmış problemi ən qısa zamanda aradan qaldıra və yeni istəkləri də tez bir zamanda həll etmək kimi üstün xidmət təqdim etməkdədir. Bir ekrandan, eyni anda əməkdaşlıq etdiyimiz bütün xəstəxanalara nəzarət etməklə, yaranmış problemləri anında görür və həll edirik!

Məqsədimiz vahid və tək mərkəzdən idarə olunan informasiya və kommunikasiya texnologiyaları sistemi yaratmaqdır. 

Bütün insanların sağlam bir həyat sürməsi üçün çalışırıq!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678