Sülhməramlıların separatçılara “26 dekabr” vədi…

10 Baxış

Rusiya sülhməramlılarının blokpostuna gələn separatçılara sülhməramlılar deyib ki, Xankəndi yolu 26 dekabrda açılacaq.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Blokposta gedən separatçılardan biri mediaya açıqlamasında azərbaycanlıları görmədiklərini bildirib:

“Sülhməramlılar yolu bağlamışdılar, konflikt yaranmasın deyə, bizi ora buraxmadılar. Amma bizə bildirdilər ki, 26 dekabrda Rusiyada vacib görüş keçiriləcək, bu görüşdən çox şey asılıdır. Yol da o vaxt açıla bilər”.

Ehtimal edilir ki, “Rusiyada keçirilən vacib görüş” deyəndə 26-27 dekabrda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti nəzərdə tutulur. Sammitdə Nikol Paşinyanın da iştirakı gözlənilir.

Qeyd edək ki, Şuşa-Xankəndi yolunda yataqlarımızın qanunsuz istismarına və talanmasına, ekologiyaya ciddi ziyan vurulmasına, o cümlədən humanitar dəhlizdən silah daşınması və 3-cü ölkələrin terror qruplarının keçidinə imkan yaradılmasına etiraz edən ekofəallar və QHT nümayəndələri humanitar yüklər və mülki şəxslərin keçidi üçün heç bir problem yaratmırlar. Elə ötən gün BQXC və sülhməramlıların 26 yük maşını aksiya ərazisindən keçib.

Xankəndi yaxınlığındakı yolu isə sühməramlılar bağlayıb.(axar.az)