Bu il Bakı məktəblərinə təyin olunan direktorlar, direktor müavinləri və təşkilatçıların sayı açıqlandı

10 Baxış

Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.Az-a İdarədən məlumat verilib. Həmçinin bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 müvafiq təhsil müəssisəsinə direktor təyin olunub.

Bundan əlavə, bu il müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.