Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vüsalə Mahirqızından Bəxtiyar Hacıyevlə yayılan SƏS YAZISINA REAKSİYA

123 Baxış

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Fövqəladə Hallar Nazirliyi (FHN) ilə iş birliyini əks etdirən səs yazısının yayılması ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Özünü cəmiyyətdəki radikal narazı toplumun təsmsilçisi kimi qələmə verən Hacıyevin hakimiyyətin nəzarətində olan APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızı ilə səsli mesaj formasında danışması isə insanları əməlli-başlı çaş-baş salıb. Bir çox insanlar səs yazılarındakı şəxsin Mahirqızı olduğunu təkidlə bildirsələr də, buna inanmayanların sayı da az deyil.

Turanmedia.az xəbər verir ki, konkret.az sözügedən səs yazısındakı şəxsin həqiqətən də Vüsalə Mahirqızı olduğunu və bu danışıqların hansı məqsədlə həyata keçirildiyini dəqiqləşdirmək üçün APA Media Holdinqin rəhbəri ilə əlaqə saxlayıb.

Vüsalə Mahirqızı gündəmi zəbt edən məsələ ilə bağlı yazı hazırladığını və az sonra sosial şəbəkə hesabında paylaşacağını bildirməklə kifayətlənib və əlavə şərh vermək istəməyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678