Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrana gedən Şəbnəm özündən çıxdı: “Təbrizdə yaşayan bəzi ağıldan kəm…”

66 Baxış

Şəbnəm Tovuzlunun İranda Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri sosial şəbəkədə müzakirə yaradıb.

İzləyicilərin əksəriyyəti İranda hicaba etiraz əlaməti olaraq aksiyaların davam etdiyi vaxtda onun bu addımını tənqid edib.

Turanmedia.az xəbər verir ki, sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama paylaşıb:

“Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm ki, mənim Məşhəd ziyarətim sizləri çox narahat edib. Və Təbrizdə yaşayan bəzi ağıldan kəm olanlar… Mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, ziyarət edim buranı. Yaxşı da etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam.

Tehranda məni sevən izləyicilərim var. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı, mən bilmirəm. Bu, bir günlük ziyarətdir. Qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım qismət etdi mənə bu ziyarətləri. Siz hələ çox danışacaqsınız”.

OLAY


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678