Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekoaksiyanın İLK NƏTİCƏSİ: Ağdərədəki qızıl mədəni BAĞLANDI

67 Baxış

Qarabağdakı qızıl yatağı 16 gündür bağlanıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qarabağdakı separatçı rejim rəhbərliyi təsdiqləyib. Quldurbaşı Arayik Arutyunyan qondarma “hökumət”i bu barədə dünən axşam məlumat verib.

“Qarabağ “hökuməti” “Base Metals” şirkətinin rəhbərliyi ilə birlikdə ekoloji ekspertiza başa çatana qədər işlədiyi mədənin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.

Qarabağın “informasiya qərargahı” xəbər verir ki, “arsax” “hökumət”i ekspertizanın tez bir zamanda təşkili üçün BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara müraciət edib.

Azərbaycan teleqram kanallarının Arayik Arutyunyanın ətrafından olan “məmur”lardan birindən aldığı məlumata görə, mədənlər aksiyadan 2 gün sonra fəaliyyətini dayandırıb.

Ekoaksiyanın nəticəsi olaraq, Azərbaycan Laçın dəhlizində 2 keçid məntəqəsi quracaq və onlar yataqların qanunsuz işlənməsini dayandırmağa məcbur oldular. Tezliklə Vardanyanı da qovmağa hazır olacaqlar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678