Gəncədə yaşayış evində yanğın olub
12 Baxış

Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub.
Turanmedia.az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb