Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsraildən Azərbaycana məktub: İran adlı düşmən…

60 Baxış

Yanvarın 1-də Knessetin 30 deputatı İsraildə səfirliyin açılması münasibətilə Azərbaycan parlamentinin spikeri və parlament üzvlərini təbrik edib.

Turanmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.

“Sizi, dostlarımızı Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır, Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır”, – təbrikdə bildirilib.

Deputatların fikrincə, iki ölkənin İran adlı ortaq və təhlükəli düşməni var:

“Rəsmi Tehran hər iki xalqı məhv etməklə hədələyir və Azərbaycan “Hizbullah”ını yaratmağa çalışır.

Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən Ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678