Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Əgər bu hadisə baş versə, İranda ilin sonuna qədər mütləq rejim dəyişikliyi olacaq” – İLGİNC AÇIQLAMA

58 Baxış

İranda ötən ildən davam edən etirazlar bu il də səngimək bilmir. Hələlik əməli dəyişikliklər olmasa da, İrandakı mövcud hakimiyyət etirazlar səbəbindən qorxuya düşüb. Ona görə də, bir çox ekspertlər 2023-cü ildə İranda davam edən etirazların ölkədə müəyyən dəyişikliklərə səbəb olacağını istisna etmirlər.

Turanmedia.az xəbər verir ki,mövzu ilə bağlı konkret.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, İranda baş verən proseslər yekunlaşmayacaq: “Hələlik etirazların İranda rejim dəyişikliyinə yol açacağını düşünmürəm. Son günlər qarşıdurmanın bir qədər səngiməsi də nəzərə çarpır. Amma bu səngimənin nə ilə nəticələnəcəyini öncədən söyləmək mümkün deyil. Çünki bu səngimə insanların güc toplaması və rejimə qarşı yeni mübarizəyə qədəm qoyması ilə nəticələnə bilər. Yaxud rejimin represiya dalğasının öz nəticəsini verməsi kimi təqdim etmək mümkündür. Amma İrandakı aksiyalar rejim dəyişikliyinə gətirib çıxarmasa da, təsirsiz ötüşməyəcək. Yəni mövcud rejim bu gün olmasa da, etirazların davam etməsi nəticəsində zamanla məhv olacaq”.

Əlimusa İbrahimovun sözlərinə görə, bu nümayişlər son 10 ilin ən böyük etiraz dalğasıdır: “Aksiyalarda iştirak edənlərin əhatə dairəsinə baxanda, etirazların bütün İranı cənginə aldığını demək mümkündür. 2023-cü il İran üçün heç də yaxşı olmayacaq. Ölkədə ciddi qarşıdurmalar davam edir. İnsanlar artıq mövcud rejimin təsiri və qorxusu altında yaşamaq istəmir. Həmçinin, beynəlxalq aləmdə Tehrana qarşı təzyiqlər daha da artmaqdadır. İran bu məsələlər qarşısında həm daxili, həm də xarici siyasətini hansı formada aparacağını bilmir və kobud səhvlər buraxır. Bu səhvlər isə İranın nüfuzunu daha da aşağı salır. İlin sonuna qədər İranda rejim dəyişikliyinin və ya zəifləməsinin şahidi olacağıq. Bir hadisə var ki, o, baş versə, mütləq rejim dəyişəcək. Bu da Ali dini liderin səhhəti məsələsidir. Əgər, Ali liderin səhhəti daha da pisləşsə, İranda mütləq rejim dəyişikliyi baş verəcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678