Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda 17 min hərbçi dindirildi

51 Baxış

Qarabağ müharibəsində məğlubiyyətə görə Ermənistan ordusunun 17 min əsgər və zabiti dindirilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Cəmi 70 zabitə qarşı ittiham irəli sürülüb. Qarabağ müharibəsində Ermənistanın təslim olması ilə bağlı hələ iş yekunlaşmayıb, bir dənə də olsun hökm yoxdur. Bu mövzuda 1600 cinayət işi başlanıb, 160 iş üzrə müstəntiq araşdırması yekunlaşıb. Hazırda təfərrüatlı araşdırma gedir. Bu, tam araşdırma məqsədi ilə edilir ki, cəmiyyətdə heç bir sual qalmasın”, – məlumatda deyilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678