Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan ordusunun nə qədər əsgəri var?

60 Baxış

Ötən gün Gürcüstan parlamentinin “2023-cü ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərarı qüvvəyə minib. Qərara əsasən, respublikanın silahlı qüvvələri 37 min nəfərlik kontingentlə məhdudlaşdırılıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

“Qərarda qeyd olunur ki, hərbi vəziyyət yarandıqda hərbçilərin sayı artırıla bilər. Burada Gürcüstan Müdafiə Nazirliyinin ehtiyatda olan əsgərləri və müvəqqəti heyət üzvləri nəzərə alınmır”, – məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstan ordusunun sayı dövlət büdcəsi ilə eyni vaxtda parlamentdə hər il təsdiq edilməlidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678