Putin atəşkəs elan edib

9 Baxış

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Patriarx Kirill həzrətlərinin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə nazirinə 6 yanvar 2023-cü il saat 12:00-dan 7 yanvar 2023-cü il saat 24:00-dək Ukraynada qoşunların təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram.

Döyüş rayonlarında pravoslavlığa ibadət edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad bayramı, İsa Məsihin doğum günü mərasimlərində iştirak etmək imkanı verməyə çağırırıq”, deyə Putinin Kremlin saytında yerləşdirilən göstərişində qeyd olunub.