Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güclü fırtına səbəbindən 180 minə yaxın ev işıqsız qaldı

62 Baxış

ABŞ-ın Kaliforniya ştatında pis hava şəraiti nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.

Əlverişsiz hava şəraiti səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib.

Kaliforniya qubernatoru bütün ştatda fövqəladə vəziyyət elan edib ki, bu da sakinlərə daha sürətli yardım göstərməyə imkan verəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678